Əli Yusif oğlu Zeynalov (1913 - 1988) — Azərbaycan xalq artisti (1964), Ermənistan əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965), görkəmli aktyor.


Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.


İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.


Əli Zeynalov "İki ömrüm olsaydı..." kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür (sapık) Vaqifi yaz. - Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? - Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə zaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."


Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.